Əmanətlərin Sığortalanması Fondunun rəhbəri cərimələndi

Əmanətlərin Sığortalanması Fondunun rəhbəri cərimələndi

Binəqədi Rayon Məhkəməsi Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru vəzifəsini icra edən Vüqar Abdullayevin inzibati cərimə edilməsi barədə qərar çıxarıb. Məlumçata görə, Bakı Apelyasiya Məhkəməsinin saytına istinadən xəbər verir ki, V. Abdullayev icra məmurunun tələbini yerinə yetirmədiyinə görə, 2000 manat məbləğində cərimələnib. Məhkəmə V.Abdullayevi İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi) maddəsi ilə təqsirli bilib. Binəqədi Rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31