Vilayət Eyvazov daha bir rəisi işdən çıxardı
5 Fevral 2020 11:27 SosialDaxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.
Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, Nəsimi Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi, polis polkovnik-leytenantı Qəhrəman Qələndərov vəzifəsindən azad edilib.
O, xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumatı təsdiq edib.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31