Azərbaycanda yüksək vəzifəli şəxs İŞDƏN ÇIXARILDI

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov daha bir yol polisi rəisini işdən azad edib. Nazirin əmri ilə Nəsimi rayon Dövlət Yol Polisi şöbəsinin rəisi, polis polkovnik-leytenantı Qəhrəman Qələndərov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev faktı təsdiqləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31