TİENS-“Səma Şiri”nin qanaqları altında uğurlu biznes və insanlara sağlamlıq!
5 Fevral 2020 17:53 SosialAzərbaycanın sürətli iqtisadi inkişafı,sivil dünya birliyinə inteqrasiyası,azad bazar iqtisadiyyatı yolunda əldə edilmiş uğurlu nailiyyətlər,qanunvericilik bazasının dünya praktikasına uyğunlaşması bir sıra yeni fəaliyyət sahələrinin formalaşmasını zəruri edir.Belə fəaliyyət sahələrindən biri də "Netvork Marketinq" sahəsidir.Ümumiyyətlə nədir Netvork Marketinq? İstərdim bir balaca bu sahəylə bağlı məlumat bildirim."Netvork Marketinq" yeni nəsil ticarət üsuludur. Biz buna "şəbəkə marketinqi" deyirik.Bu sistem bildiyimiz ənənəvi sistemdən fərqlənir. Bəs fərqi nədən ibarətdir, biz ilk öncə bunu bilməliyik. Bu sistem öz əsas iş prinsipini "məsləhət" üzərində qurub.Baxmayaraq ki, sistem yeni bir sahədir, amma iş prinsipi heç də bizə yad deyil.Çünki biz təbiətən məsləhətləşməyi və məsləhət üzərində iş görməyi sevən bir millətik və xidmətindən məmnun qaldığımız istənilən xidmət sahəsi barədə öz ətrafımıza ağızdolusu, sevə-sevə məlumat veririk və onun da həmin xidmət sahəsindən yararlanmasını məsləhət bilirik.
Dünyada 70 ildən çoxdur fəaliyyət göstərən bu sistem davamlı bir biznes fəaliyyətidir.Hər kəsə məlumdur ki, biznesin vacib komponenetlərindən biri də satışdır.Bu tip fəaliyyət sahəsi ilə məşğul olan şirkətlər öz məhsullarını müştəriyə "birbaşa satış" vasitəsiylə təklif edir.Hansı ki, birbaşa satışın da əsasında bayaq qeyd etdiyimiz kimi "məsləhət" prinsipi durur.
Çox təəssüflə qeyd etmək istərdim ki,bütün dünyada əksər ölkələr tərəfindən mənimsənilən və sevə-sevə məşğul olunan bu fəaliyyət sahəsi və bu sahə ilə məşğul olan şirkətlər olduğu halda hələ ki bizim ölkəmizdə birmənalı qarşılanmır.Bunun da təbii ki, özünəməxsus səbəbləri var.Hansı ki, onlardan ən prioriteti yuxarıda vurğuladığımız kimi yeni nəsil biznesi olmasıdır.Şəbəkə marketinqinin ilk öncə bir şirkət adı deyil, fəaliyyət sahəsi olduğunu bilməliyik.Məsələn:Turizm sahəsi, daşınmaz əmlak sahəsi,tikiş və toxuculuq sahəsi və s.Bu sahələrin istənilən biri haqqında neqativ fikirlər də söyləmək olar,pozitiv fikirlər də.Misal olaraq turizm sahəsini götürsək burada qazana bilənlər də var, qazana bilməyənlər də,yalan və fırıldaqla iş birliyi etmək istəyənlər də var,doğru-düzgün işini quranlar da var.Bəs yaxşı biz bu sahəyə pis sahədi deyə bilərikmi? Xeyr! Əlbəttki! Eyni nüansı biz şəbəkə marketinqi sahəsinə də şamil edə bilərik.Hansı ki,siz bu sahədə də qazana bilənləri də görə bilərsiniz,qazana bilməyənləri də,aldadanları da görə bilərsiniz işini doğru-düzgün qurub çalışanları da,aldadılanları da görə bilərsiniz,uğurlu işə sahib olanları da.Yəni qısacası, şirkətlərin və insanların əldə etdiyi səhvlərə görə biz sahələri pisləyə bilmərik və bu o sahələrin pis olduğu anlamına gəlməz!
Məhz bu cür xoşagəlməz hadisələrin yaşanmaması üçün bu sahə ilə fəaliyyət göstərmək istəyən hər kəsin bilməsi və əməl etməsi lazım olan bir neçə vacib məsələ var:
1.İlk növbədə düzgün qurulmuş sistem əsasında fəaliyyət göstərən doğru şirkəti seçmək
2.Məhsulların keyfiyyətli və bazarda ehtiyacyönümlü,tələbatyönümlü olması
3.Stabilliyin olması
Çünki məhsul hər nə qədər tələbatyönümlü və keyfiyyətli olarsa,onun satışı xaotik deyil, sistemli şəkildə həyata keçirilərsə bu halda fərdi biznes qurmaq və inkişaf etdirmək də bir o qədər mümkün olar.Azərbaycanda bu fəaliyyət sahəsi ilə məşğul olan bir çox şirkətlər olmuş olsa da yuxarıda qeyd etdiyimiz kriteriyaların haqqın verən və 18 ildir Azərbaycanda mövcud olan şirkət "Tiens" Şirkətlər Qrupudur."Tiens" korporasiyası 1993-cü ildə Çinin Tyanzin şəhərində,hal-hazırda korporasiyanın prezidenti olan,çin vətəndaşı cənab Li Din Yoan tərəfindən yaradılıb."Tiens" korporasiyası iri Holdinq müəssisədir və baş ofisi Çinin paytaxtı Pekin şəhərində "Henci" biznes mərkəzində,əsas istehsalat bazası isə Tyanzin şəhərində yerləşir."Tiens" tərcümədə "Səma Şiri" mənasını verir,hansı ki, Şir korporasiyanın qüdrətinin və əzminin simvoludur.Bu gün korporasiyanın müxtəlif fəaliyyət sferasında 10 törəmə müəssisəsi vardır. Daşınmaz əmlak,təhsil,mədəniyyət,ticarət,beynəlxalq turizm,elmi-tədqiqat,yüngül və yeyinti sənayesi və s sahələri əhatə edən çoxşaxəli transmilli nəhəngə çevrilib.İstehsal gücləri dünyanın 5 kontingentində yerləşib:Şimali Amerika,Asiya,Avropa,Avstraliya və Afrika.Eyni zamanda 3 ölkədə istehsal bazası fəaliyyət göstərir:
-Çində Tyanzin şəhərində
-ABŞ-da Sietli şəhərində
-Malaziyada Kyalo-Lumpur şəhərində
1993-cü ildə yaranmış olsa da,1995-ci ildən başlayaraq öz məhsullarını dünya ölkələrinə şəbəkə biznesi ilə yaymağa başlamışdır.Beləliklə dünyanın 190 ölkəsində korporasiyanın məhsulları yayılır,103 ölkədə isə o cümlədən Azərbaycanda onun rəsmi filialları fəaliyyət göstərir.Korporasiyanın məhsulları ABŞ,Kanada,Rusiya və başqa MDB ölkələrində,Fransa,Almaniya,Finlandiya,İtaliya,Yaponiya,İspaniya,İndoneziya,Malaziya,C.Koreya və s ölkələrdə çox aktiv surətdə istifadə olunur.Tiens korporasiyasının əsas məqsədi 5000 illik tarixə malik qədim Tibet reseptləri əsasında insanlara sağlamlıq verən müalicəvi məhsulları müasir texnoloji üsullarla hazırlayıb bütün bəşəriyyətə çatdırmaqdır.Məhz buna görə də Ümumdünya Səhiyyə Təşkilatının 13 qızıl medalına və BMT-nin qızıl medalına layiq görülmüşdür.Eyni zamanda 1995-ci ildən Beynəlxalq şəbəkə biznesi Assosiasiyasının üzvüdür, cənab Lİ Din Yoanın adı isə BMT-nin "Dünyanın məşhur adamları" kitabına daxil olub.2002-ci ildən Azərbaycanda Ədliyyə və Səhiyyə Nazirliyinin qeydiyyatından keçərək artıq 18 ildir fəaliyyət göstərən Tiens şirkəti Azərbaycan Respublikasının bütün qanunlarına hörmət edir.
Tiens həmçinin öz əməkdaşlarının təhsilini təkmilləşdirməsinə çox böyük qayğı göstərir.1998-ci ildə dünyanın ən aparıcı 10 marketoloq və psixoloqu tərəfindən "Uğur sistemi" adı altında çox uğurlu təlim sistemi işlənib hazırlanmışdır.Bu sistem hər bir əməkdaşa qısa vaxt ərzində öz biznesini qurmaq,yüksək gəlir əldə etmək imkanı verir.Bu təlimlər yerli,regional və beynəlxalq səviyyədə həyata keçirilir.Təlimlər əməkdaşlarına pulsuz şəkildə təşkil olunur, bu təlimlərin hər birinin təşkili böyük maliyyə vəsaiti tələb edir.
Tiens Şirkəti Azərbaycanda yüngül və yeyinti sənayesinin məhsulları ilə təmsil olunur.Qədim Tibet təbabəti əsasında yeni yüksək texnologiyalardan istifadə etməklə sağlamlaşdırıcı xarakterli təbii məhsulların işlənib hazırlanması ilə məşğul olur.Məhsulların istehsalı prosesində Şanxay BİO Mühəndislik İnstitutunda hazırlanmış,Almaniya və ABŞ-dan alınmış yeni avadanlıqlardan və yüksək NANO texnologiyalardan istifadə olunur.Korporasiya istehsal etdiyi məhsulların üzərində çox ciddi nəzarət sistemi qurmuşdur.Bunun nəticəsi olaraq şirkət bir çox medal və sertifikatlarla təltif olunmuşdur.
-İSO 9001\02 saylı ən yüksək keyfiyyət sertif49 qızıl medal və 143 sertifikat
-Yeni və formaseftik məhsulların keyfiyyətinə nəzarət üzrə Amerikanın Federal Assosiasiyasının FDA keyfiyyət nişanı
-GMP keyfiyyət nişanı.Bu nişanı əldə etmək üçün istehsal 4 kriteriyaya cavab verməlidir.
1.Bina və avadanlıqlar elm və texnikanın son nailiyyətlərinə cavab verməlidir
2.Texnologiya ən yüksək və elmtutumlu olmalıdır
3.İşçi keyfiyyəti yüksək ixtisaslı və xüsusi hazırlıqlı olmalıdır
4.Xammal yüksək keyfiyyətli,ekoloji cəhətdən təmiz və təbii olmalıdır
-2001-ci ildə Ekologiyanın Beynəlxalq Mühafizəsi üzrə ən yaxşı müəssisə mükafatı
-Rusiyanın Kosmonavtlar üçün ən yaxşı sağlamlaşdırıcı məhsul diplomu
-2002-ci ildə Tiens Şirkəti BMT-nin rəsmi tədarükçüsü kimi qeydə alınıb
-2004-cu ildə Halal sertifikatı
Beynəlxalq Kredit Bankı Tiens Şirkətini kapital qoyuluşuna görə AAA kateqoriyasına aid etmişdir.Müqayisə üçün bildirək ki,ən etibarlı bank sayılan İsveç Bankı AAA kateqoriyasına aid edilir
Tiens Şirkəti xeyriyyə məqsədləri üçün də çox böyük vəsait sərf edir.Məktəb tikintilərini maliyələşdirir,əlil və aztəminatlı ailələrə kömək və təbii fəlakətlərin nəticələrini aradan qaldırmaq üçün sosial proqramların həyata keçirilməsində yaxından iştirak edir.Korporasiyanın xeyriyyə məqsədli xərclədiyi ianələrin məbləği 200mln yuandan çoxdur.
Brendin devizi:Bir dünya, Bir ailə.
Kompaniyanın devizi:Cəmiyyətə xidmət, İnsanlığa kompaniya.
Bütün bu nailiyyətlər partnyor ola biləcəyiniz şirkətin geniş potensialını, etibarlılığını və stabilliyini nümayiş etdirir.
Sizə "Səma Şiri"nin Qanadları" altında uğurlu biznes qurmağı arzulayırıq.
VÜSALƏ ƏLİYEVA
"Tiens" şirkətlər qrupunun aktiv distribyuteri
![]()
![]()
![]()
![]()
![]()