Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində açıq dərs

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində açıq dərs

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin regionlarda ixtisasartırma təlimləri keçirir. Olaylar.az bildirir ki, ötən müddət ərzində 9 rayonlarda keçirilən müxtəlif mövzulardakı təlimlərdə 15 rayonlarından olan 212 dinləyici iştirak etmişdir. Digər sahələrin, o cümlədən iş adamların iştirakı ilə keçirilən kurslar çətinlik dərəcəsinə görə səviyyələrə bölüşürdü.

Mərkəzin direktoru Asif Usubəliyev çıxış edərək qeyd etdi ki, açıq dərslər eksperimental metodikası əsasında həyata keçiriləcəkdir. Simulyasiya real həyatdadakı bir çox problemlərin aradan qaldırılması üçün əvəz olunmaz həll metodudur. Məhz bu səbəbdən mərkəz bu metoddan istifadə edərək simulyasiya açıq dərslərin keçirilməsini qərara almışdır. Dərslərdə nəzərdə tutulan təlim prosesi dinləyici auditoriyası olmadan müasir təlim metodlarının və tədrisə kreativ yanaşmanın tətbiqi ilə bağlı təlimçilərə metodiki köməkliyin göstərilməsindən, eləcə də təlimçilər arsında təcrübə mübadiləsinin aparılmasından ibarətdir.

Dinləyiçilər qismində mərkəzin rəhbərliyi və əməkdaşlarının iştirakı ilə keçirilən "Nitq mədəniyyəti: natiqlik" mövzusunda ilk dərsini Mərkəzin şöbə müdiri Nəzakət Rəhmanova təqdim edib. Dərsdə qədim və müasir dövrlərinin nitq mədəniyyətindən söz açdı. Mövzu ətrafında Mərkəzin direktor müavini Ramazan Şabanov, əməkdaşları Sənan Talıbov, Nurəddin Babazadə, Ceyhun Əhmədov və Hikmət Nəbili arasında geniş fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31