AZADİNFORM öz fəaliyyətini davam etdirir
AZADİNFORM öz fəaliyyətini davam etdirir
3 Fevral 2020 17:45 SosialAZADİNFORM Müstəqil İnformasiya Agentliyi ( www.azadinform.az ) fəaliyyətini davam etdirir. Azadinform xəbər verir ki, 31 yanvar 2020-ci il tarixində saytda baş vermiş texniki nasazlıq səbəbi ilə sayt işini müvəqqəti dayandırmışdı. Bildirilir ki, baş verən texniki problem qeyri-iş günlərinə təsadüf etdiyindən saytın fəaliyyətinin bərpası gecikib.
Qeyd edək ki, texniki nasazlıq artıq aradan qaldırılıb və sayt əvvəlki qaydada öz işinə davam etdirir.
Azadinform İnformasiya Agentliyi 2 gün ərzində saytın fəaliyyətsizliyindən narahat olaraq redaksiyaya zəng edən çoxsaylı oxuculara öz dərin təşəkkürünü bildirir.
Biz hər zaman sizinləyik!
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31