Gözəllik salonundan 4500 manat aparan şəxs ələ keçib

Gözəllik salonundan 4500 manat aparan şəxs ələ keçib

Oğurluq etdiyinə görə tutulmuş şəxsin Nərimanov rayonu ərazisindəki gözəllik salonlarının birindən pul oğurlaması da müəyyən edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş A.Həsənovun ətrafında Nərimanov RPİ 17-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 21-də rayon ərazisindəki gözəllik salonlarının birindən 4500 manat oğurlaması da müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31