Plüralizm Azərbaycan dövlətinin prioritet siyasətidir

Plüralizm Azərbaycan dövlətinin prioritet siyasətidir

Azərbaycanda söz, fikir və məlumat azadlığı, demokratiyanın təməl prinsipləri olan bu üç məfhumun təmin olunması və inkişafı ilə əlaqədar  ölkədə kifayət qədər işlər görülüb və hazırda da bu istiqamətdə fəaliyyət davam etməkdədir. Xüsusən, bu sahədə qəbul edilən qanunvericilik aktları ixtisaslaşmış beynəlxalq qurumlar tərəfindən müsbət dəyərləndirilir. Məhz bunun nəticəsidir ki,  bu gün Azərbaycanda müasir dünya standartlarına cavab verən müstəqil kütləvi informasiya vasitələri (KİV) formalaşıb. Dövlət "dördüncü hakimiyyət" adlandırılan KİV-in sərbəst inkişafı üçün hər cür şərait yaratmışdır. KİV və ifadə azadlığının qarşısını alan bütün süni maneələr artıq aradan qaldırılmışdır. Hüquqi və etik normalara hörmət edən jurnalist araşdırmaları, faktların və fikirlərin dərc edilməsi üçün qeyri-məhdud imkanlar yaradılmışdır. Üstəlik vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu, fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması sahəsində xeyli işlər görülüb.

Azərbaycanda  söz, fikir, məlumat azadlığı ilə yanaşı plüralizm ənənələri də daima inkişaf etdirilir. Plüralizm cəmiyyətdə müxtəlif ideologiya və fikirlərin olmasıdır. Plüralizm monotonluğu, vahid ideologiya və fikrin hegemonluğunu, bütün cəmiyyətə təlqin və məcbur edilməsini rədd edir. Plüralizm insanların azad düşünməsini, hadisələr barədə öz fikrinin olmasını dəstəkləyir. Siyasi subyektlərin sosial və siyasi maraqlarının müxtəlifliyi, onların ziddiyyətliliyi plüralizmin mənbəyidir. A.Plaginanın fikrincə, plüralist demokratiya o zaman "işləyə" bilər ki, milli ənənəyə uyğun gəlsin, özünün təcəssüm formaları və metodları ilə milli mədəniyyətlə üzvü vəhdətdə olsun, milli şüura ləngidici təsir göstərməsin. Plüralist demokratiya ictimai şüurun peşə-nəzəri, siyasi-idarəetmə, həmçinin, kütləvi şüura uyğun gəldikdə, milli şüuru da müasirləşdirir, zənginləşdirir.

Siyasi plüraizmin mövcudluğu üçün azad söz və azad KİV, çoxpartiyalı sistem, azad seçki, parlamentarizm, dövlətdən asılı olmayan ictimai təşkilatların olması zəruridir. Azərbaycanda təkcə parlament partiyalarının deyil, parlamentdə təmsil olunmayan digər partiyaların da sərbəst fəaliyyət göstərməsi üçün normal siyasi şərait var. Dövlət qeydiyyatına alınmış siyasi partiya öz mənzil-qərargahını yarada, bank hesabı aça, qəzet-jurnal, sayt təsis edə bilər. Siyasi plüralizm müxtəlif fikirlər əsasında müəyyənləşən rəy, bir neçə siyasi partiyanın bir istiqamətdə müxtəlif fikirlərdə ortaq məxrəcə gəlməsi deməkdir. Azərbaycanda həm vətəndaş cəmiyyəti, həm də hüquqi dövlət quruculuğu çətin sınaqlardan keçərək uzun bir yol qət edib. Təbiətinə görə plüralizm cəmiyyətdə normal sosial-siyasi münasibətlərin dirçəlmə meyillərinin inkişafını stimullaşdırır, proseslər nəzarətə məruz qalmadan sərbəst, müstəqil şəkildə inkişaf edir. Plüralizm nəticəsində sosial-siyasi baxışların, əlaqələrin sayı artır ki, bu əlaqələrdən, istiqamətlərdən hər biri öz müxtariyyatına doğru inkişaf etməyə başlayır. Siyasi plüralizmin bir cəmiyyətdə mövcudluğunu, uğurlu inkişafını təsdiqləyən ən vacib və yeganə faktor ictima-siyasi təsisatların tam sərbəst fəliyyətindən ibarətir. Ölkəmizdə mövcud olan bütün siyasi təsisatların cəmiyyətə, qurumlara birbaşa çıxış imkanı var. Siyasi partiyalar, qeyri-hökumət təşkilatları heç bir maneə ilə üzləşmədən layihələrini həyata keçirir, müxtəlif təşəbbüslər irəli sürürlər. Bugün ölkəmizdə həm siyasa patiyalara aid, həm də müstəqil şəkildə yüzlərlə media orqanı fəaliyyət göstərir. QHT-lər həm ölkədaxili, həm də ölkəxarici donorlardan yararlanırlar. Vətəndaş cəmiyyəti quruculuğunda bütün spektirlərin iştirakı təmin olunub. Aərbaycandasiyasi plüralizm olmadan hər hansı siyasi təsisatın fəliyyətindən söhbət belə gedə bilməz. Hər bir siyasi partiya və birlik mövcud şəraitdə heç nədən çəkinmədən, ehtiyyat etmədən öz fikrini, mövqeyini cəmiyyətə çatdıra bilir, öz yanaşma, baxışlarını, bu və ya digər məsələlərə olan münasibətini ortaya qoyur. Bunun özü də heç şübhəsiz ki, siyasi plüralizmin mövcudluğunun göstəricisi sayıla bilər.

Azərbaycanın kütləvi informasiya vasitələri də bu gün ölkə həyatında baş verən prosesləri cəmiyyətə çatdırmaqla məşğuldur. Bu gün Azərbaycan cəmiyyəti ölkədə gündəlik və həftəlik işıq üzü görən yüzlərlə qəzet və jurnallarla, televiziya kanalları, radiolar, internet portalları ilə  özünün informasiyaya olan tələbatını ödəyir. O da birmənalıdır və açıq şəkildə etiraf edilməlidir ki, Azərbaycan mətbuatı bu günkü durumu, səviyyəsinə gəlib çatana qədər bir çox çətinliklər, problemlərlə üzləşib.  Kütləvi informasiya vasitələrinin maddi durumunun zəifliyindən tutmuş, senzuraya qədər. Azərbaycan mətbuatı maddi durumunun zəifliyindən tutmuş, senzuraya qədər, kütləvi informasiya vasitələrinin nümayəndələrinin təqib və təzyiqlərə məruz qalmasından, onların öldürülməsinə qədər enişli-yoxuşlu, çətin bir dövr keçib. Xüsusilə, bu qeyd edilən tendensiyalar müstəqilliyin ilk illərində özünü büruzə verib. Bu enişli-yoxuşlu, problemli illər kütləvi informasiya vasitələri üçün ümummilli lider Heydər Əliyev hakimiyyətə gələnə qədər davam edib. Ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra hər bir sahədə olduğu kimi mətbuat sahəsində də ciddi yeniliklər əldə edildi. Hər kəsə məlumdur ki, həmin illər Azərbaycan öz müstəqilliyini çətinliklərlə də olsa əldə etsə də, lakin bu müstəqillik heç də bütün sahələrdə özünü tam mənada göstərə bilmirdi. Bunu mətbuat sahəsinə də şamil etmək mümkündür. Ölkədə müstəqil mətbuatın mövcud olmaması, kütləvi informasiya vasitələrinin fəaliyyətində söz və fikir azadlığına tətbiq edilən məhdudiyyətlər, eləcə də bu kimi irili-xırdalı problemlər Azərbaycan mətbuatının inkişafını ləngidirdi. Tezliklə, ümummilli lider kütləvi informasiya vasitələrində mövcud olan bu və ya digər problemləri aradan qaldırmağa müvəffəq oldu, mətbuatın maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atdı. Bu mənada mətbuat orqanları, qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarının dondurulması mətbuatın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm addım idi. İstər bu, istərsə də digər müsbət addımlar tədricən  Azəörbaycan mətbuatının inkişafına zəmin yaratdı. Ümummilli lider Heydər Əliyevin mətbuatın inkişafı etdirilməsi istiqamətində atmış olduğu addımlar birbaşa ölkədə söz və fikir, məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsinə xidmət edirdi.

Günümüzdə isə  Heydər Əliyevin kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi istiqamətində zamanında atmış olduğu addımları Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev davam etdirir. İlham Əliyevin 15 illik hakimiyyəti dövründə atılan addımlar bütün bunların əyani sübutudur. Bu sıraya qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarının ləğv edilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması, jurnalistlərin mənzil sosial şəraitinin yaxşılaşdırılması məqsədilə atılan addımlar daxildir. Bu sahədə həyata keçirilən tədbirlər və KİV-in inkişafına yaradılan şərait tam əminliklə onu deməyə əsas verir ki, bu gün Azərbaycanda fikir, söz və məlumat azadlığı yüksək səviyyədə təmin olunur. Bu gün mətbuat, kütləvi informasiya vasitələri hərtərəfli qaydada dövlət tərəfindən himayə edilir. Bu diqqət və qayğının əsas hərəkətverici qüvvəsi isə heç şbühəsiz ki, prezident İlham Əliyevdir. Azərbaycan Prezidenti Cənab İlham Əliyev demokratik dünyagörüşünə malik olan görkəmli dövlət başçısı, qətiyyətli liderdir. Azərbaycanda demokratikləşdirmə prosesi məhz Cənab Prezidentin siyasi iradəsilə həyata keçirilir.  İlham Əliyev siyasi baxışlarından asılı olmayarq, hər bir azərbaycanlının prezidentidir. Bu düşüncə tərzi, bu təfəkkür Azərbaycanın sürətlə demokratikləşməsini təmin edir, ölkədə mövcud olan sağlam ab-havanı bir qədər də möhkəmləndirir. Sözsüz ki, bu cür münbit şərait mətbuatın inkişafına müsbət təsir göstərir.Əminliklə deyə bilərik ki, Azərbaycan mətbuatı dövlət qayğısı ilə hərtərəfli təmin olunub. Bakı şəhərində jurnalistlər üçün çoxmərtəbəli binanın inşası, ildə iki dəfə çap mətbuatına qrantların ayrılması, ayrı-ayrı dövlət qurumları ilə birgə həyata keçirilən layihələr mətbuatımızın maddi-texniki bazasını nəzərəçarpacaq dərəcədə gücləndirib. Bütün buunlar göstərir ki, Azərbaycan dövləti mətbuatın inkişafında olduqca maraqlıdır.

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31