ÇİNDƏ ABŞIN BİOLOJİ TƏHLÜKƏLİ KONTEYNERLƏRİ TAPILDI -ŞOK!!!
3 Fevral 2020 15:52 SosialONN media Sinxua Xəbər Agentliyindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi rəsmi olaraq Amerika Birləşmiş Ştatlarından Uxandakı evakuasiya edilmiş ABŞ baş konsulluğundan üzərlərində biolioji təhlükə markası ilə, markalanmış zərərli konteynerlərin basdırıldığını izah etməsini tələb etdi. Eyni zamanda ÇXR təhlükəsizlik qüvvələri ABŞ-ın ölkədəki digər diplomatik nümayəndəliklərini ətrafını bağlayaraq nəzarətə götürüldüklərini də bildirilmişdi.
Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasında, konteynerlərin, 30 yanvarda ABŞ-ın Uxandakı baş konsulluğunun məlum virus təhlükəsindən sonra ABŞ Hərbi Hava Qüvvələrinin xüsusi təyyarəsilə Çini tərk etdikdən sonra, Çin kəşfiyyatının əldə etdiyi təkzibedilməz məlumatlar əsasında apardığı axtarışlar nəticəsində aşkarlanmışdır.
Qeyri rəsmi mənbələrdən oda müəyyən edilib ki, Çin tərəfi bu məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini də tələb edəcək.
Sinxua Xəbər Agentliyinin verdiyi məlumata görə, Baş Konsulluğun həyətindən metr yarım dərinlikdən qazılıb götürülərək 2 qat brezentə bükülmuş ümumillikdə 8 konteyner hazırda Çin hərbi bioloqları tərəfindən öyrənilir.