Axtarışda olan şəxs tutulub

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi paytaxtda əməliyyat keçirib.  "Olaylar" xəbər verir ki, idarə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində RF Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan E.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 ədəd ov bıçağı aşkar edilib. Davam etdirilən tədbirlərlə onun tanışı K.Babayevin Suraxanı rayonu ərazisində yaşadığı evdə gizlətdiyi nömrəsi silinmiş, qundağı və lüləsi kəsilmiş "İJ-58 M" markalı tüfəng və 4 ədəd patron da aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31