Səhiyyə könüllüləri yarışda iştirak ediblər
Səhiyyə könüllüləri yarışda iştirak ediblər
3 Fevral 2020 14:29 SosialEkologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı təşkil olunan Gənclər gününə həsr olunmuş Səhiyyə Nazirliyi könüllüləri və digər 12 dövlət qurumunda fəaliyyət göstərən könüllülərlə birgə Xəmsə tipli intellektual yarış keçirilib. Yarışda Səhiyyə Nazirliyinin könüllüləri uğurla çıxış ediblər. Nazirlikdən "Olaylar"a bildirilib ki, yarışdan öncə çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Səyyarə Məmmədova qeyd edib ki, tədbirin əsas məqsədi könüllülərin qarşılıqlı fəaliyyətini təmin etmək və gənclər arasında koordinasiyanın təşkilidir.Yekunda qalib komandalar təşkilatçılar tərəfindən kubok və medallarla təltif olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31