“BakuBus”un rəhbəri vəzifədən azad olundu
“BakuBus”un rəhbəri vəzifədən azad olundu
3 Fevral 2020 14:24 SosialBakı Nəqliyyat Agentliyinə (BNA) məxsus "BakuBus" MMC-nin direktoru Nəcəf Məlikov vəzifədən azad edilib.
Şirkətə rəhbərlik İlqar İbrahimova həvalə olunub.
"BakuBus" Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb, ölkə prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə BNA-nın tabeliyinə verilib.
Şirkət paytaxtda avtobuslarla beynəlxalq standartlara uyğun sərnişindaşıma xidməti göstərir.
report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31