Paytaxtda soyğunçuluq edən şəxs saxlandı

Paytaxtda soyğunçuluq edən şəxs saxlandı

Bakıda 18 yaşlı gəncə qarşı soyğunçuluq hadisəsi baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən bildirilib ki,  hadisə yanvarın 30-da Nərimanov rayonunda qeydə alınıb. Naməlum şəxs saat 16:50 radələrində F.Yusifov küçəsində Bakı şəhər sakini, 2002-ci təvəllüdlü N.Əlinin mobil telefonunu soyğunçuluq yolu ilə talayıb. Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Xırdalan şəhər sakini, 1997-ci il təvəllüdlü Elçin İbrahimov tərəfindən törədilməsi müəyyən edilib. E.İbrahimov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31