Biləsuvarda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 1 ailənin 4 üzvü təcili Bakıya gətirildi

Biləsuvar rayonunda kütləvi zəhərlənmə olub."Olaylar"ın məlumatına görə, hadisə rayonun Günəşli kəndində baş verib. Kənd sakini, 1958-ci il təvəllüdlü Əhmədov Adil Ələsgər oğlu, həyat yoldaşı Xasıyeva Cahanşah Məhəmməd qızı və övladları, 1991-ci il təvəllüdlü Əhmədov Amil Adil oğlu və 1997-ci il təvəllüdlü Əhmədova Sevanə Adil qızı qidadan zəhərləniblər. Ailə üzvlərinə Biləsuvar rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərildikdikdən sonra vəziyyətləri ağır olduğu üçün onlar Bakıya - 1 saylı Kliniki Tibbi Mərkəzə göndərilib. Məlumata görə, ailə üzvləri evlərində özlərinin hazırladıqları pomidor turşusundan zəhərləniblər. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31