ABŞ-dan Çinə səfər edənlərə şok qadağa
3 Fevral 2020 09:52 SosialABŞ son 14 gün ərzində Çinə səfər etmiş amerikalılara məhdudiyyətlər, əcnəbilərin ölkəyə girişinə isə qadağa qoyur.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin məlumatında deyilir.
Məlumatda bildirilir: "ABŞ-a gələcəkləri vaxtdan başlayaraq son 14 gün ərzində Çinə səfər edən xarici vətəndaşların ölkəyə girişinə icazə verilməyəcək".
Qeyd edilir ki, ABŞ-da yaxın qohumları olanlar, ABŞ-da yaşayanlar və uçuş heyətlərinin üzvləri üçün istisnalar olacaq.
Son 14 gün ərzində Hubeydə olan ABŞ vətəndaşları isə ölkəyə döndüklərində 14 gün məcburi karantinə qalmalı olacaqlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31