Aybəniz Haşımova ifası ilə qızını ağlatdı - Video
2 Fevral 2020 08:48 SosialƏməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyevanın qız toyunda maraqlı anlar yaşanıb.Axşam.az xəbər verir ki, fitness məşqçisi Kənan Əliyevlə ailə həyatı quran Aynişanın toyunda şou-biznesin məşhur simaları iştirak ediblər.Mərasimdə Aybəniz Haşımova da qızına həsr olunmuş mahnı ifa edib. O, Aynişanın ona şəhid olmuş ərindən yadigar qaldığını qeyd edib. Anasının ifası Quliyevanı göz yaşlarına qərq edib.Qeyd edək ki, Aynişanın oğlan toyu fevralın 8-də olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31