Ağciyər Xəstəlikləri İnstitutunda daha bir xəstə ölüb
1 Fevral 2020 15:09 SosialBakıda 23 yaşlı kişi soyuqdəymədən ölüb.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 1997-ci il təvəllüdlü Bakı şəhər sakini son 20 gün ərzində ev şəraitində soyuqdəymədən müəlicə alırmış.
Hal pisləşdikdən sonra yanvarın 31-də saat 16-da olduqca ağır vəziyyətdə Elmi-Tədiqat Ağciyər Xəstəlikləri İnstitutuna müraciət edib. Xəstə ikitərəfli pnevmoniya, ağır gedişli, kəskin ağ ciyər-ürək çatışmazlığı ilə diaqnozu ilə kritik ağır vəziyyətdə birinci reanimasiya şöbəsinə yerləşdirilib.
Reanimatoloq və pulmanoloqun nəzarəti ilə intevsiv müalicə tədnbirlərinə baxmayaraq, xəstədə fevralın 1-də saat 06:30 bioloji ölüm qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31