Dünyanın gözlədiyi xəbər gəldi – Ölümcül virusa qarşı vaksin bu tarixdə hazır olacaq
1 Fevral 2020 07:19 SosialFransanın "Pasteur" univeristetinin alimləri koronavirusa qarşı vaksin hazırlamaq üçün fəaliyyətlərini davam etdirir.
Turkustan.info Anadolu agentliyinə istinadən xəbər verir ki, elm adamları virusa qarşı vaksinin ən tez 20 ay ərzində hazırlanacağını açıqlayıb. Vaksin əvvəlcə heyvanlar üzərində sınaqdan keçiriləcək.
Qeyd edək ki, 20-yə qədər ölkəyə yayılan virus, Çində 200-dən çox insanın həyatına son qoyub. Minlərlə insan virusa yoluxub. /Publika.az/
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31