Pişik Günel bu ləqəbin yaranma hekayəsindən DANIŞDI - VİDEO

Pişik Günel bu ləqəbin yaranma hekayəsindən DANIŞDI - VİDEO

ARB TV-nin "Ona qalsa" verilişinin növbəti qonağı "Pişik" ləqəbi ilə tanınan müğənni Günel Ələkbərova olub.

Müğənni "Pişik" ləqəbinin yaranma tarixcəsindən danışıb:

"2003-cü ildə "Qısqanıram" mahnısına klip çəkildi. Orada bir obraz var idi ki, qız dönür pişik olur. Təbiki bu komputer, qrafik vasitəsilə olan bir şey idi. Həmin ərəfədə də Günel adında olan müğənnilər çox idi. Ondan sonra adım Pişik Günel qaldı. Sonra nə qədər kliplər də çəkdirdim, döyməmi də dəyişdirdim, amma yenə də ləqəbim elə qaldı. Ana olandan sonra nəsə xoşuma gəlmirdi bu ləqəb. Amma indi artıq normal qəbul edirəm. Hamı əzizinə, doğma insanına, çox sevdiyinə quzum, pişiyim deyə xitab edir. Məni artıq narahat etmir".

Milli.Az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31