Həsən Şirinov vəzifədən azad edildi
Həsən Şirinov vəzifədən azad edildi
31 Yanvar 2020 17:57 SosialBakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Həsən Şirinov tutduğu vəzifədən azad edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Trend-ə bildirib ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Həsən Şirinov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31