Piyadanı vurub aradan çıxan sürücü yaxalandı
Piyadanı vurub aradan çıxan sürücü yaxalandı
31 Yanvar 2020 15:05 SosialYol qəzası törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən Qazax rayon sakini saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, yanvarın 28-də saat 23 radələrində Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən kənd sakini F.Abdulkərimov vurulmuş və o, xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi və Baş Dövlət Yol Polisi əməkdaşlarının birgə keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən "VAZ-2103" markalı avtomobilin sürücüsü, Qazax rayon sakini F.Şıxıyev saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31