Xanlar Vəliyev: “Hərbi xidmətdən yayınma halları azalıb”

Xanlar Vəliyev: “Hərbi xidmətdən yayınma halları azalıb”

"2018-ci illə müqayisədə 2019-cu ildə qeydə alınmış hərbi xidmətdən yayınma cinayətləri 14,1 faiz azalıb". "Olaylar" xəbər verir ki, bu barədə Azərbaycanın Hərbi prokuroru Xanlar Vəliyev məlumat verib. Prokuror bu nəticənin əhəmiyyətli dərəcədə irəliləyiş olduğunu qeyd edib.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" sərəncama uyğun olaraq yanvarın 1-dən başlanmış növbəti həqiqi hərbi xidmətə çağırış başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31