Azərbaycanda 100 əcnəbi saxlanıldı

Azərbaycanda 100 əcnəbi saxlanıldı

Son həftə ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 100 əcnəbi saxlanılıb. "Olaylar" xəbər verir ki, DMX-dan verilən məlumatda bildirilir ki, saxlanılanlardan 10-nun qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi, 1-nin qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 89 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyənləşdirilib. Miqrasiya qanunvericiliyini pozan 81 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür. Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31