Daha 3 məhkəməyə yeni təyinatlar olub

Daha 3 məhkəməyə yeni təyinatlar olub

Xəzər Rayon Məhkəməsi, Sumqayıt Apelyasiya Məhkəməsi və Salyan Rayon Məhkəməsində yeni təyinatlar olub. Bu barədə "Olaylar"a  Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumatda bildirilib ki, ümumilikdə 30 dövlət orqanında 136 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il noyabrın 5-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir. DİM-in yanvarın 30-u saat 13:50-yə olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə indiyədək 30 nəfər uğur qazanıb. Onlardan 11-i Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində, 11-i Maliyyə Nazirliyində, 3-ü Bakı şəhəri Xəzər Rayon Məhkəməsində, 2-si Ali Attestasiya Komissiyasında, 1-i Hesablama Palatasında, 1-i Sumqayıt Apelyasiya Məhkəməsində, 1 nəfər isə Salyan Rayon Məhkəməsində müxtəlif vəzifələrə uyğun bilinib. Xatırladaq ki, müsahibədə iştirak etmək üçün 855 nəfər sənəd verib. Müsahibə fevralın 28-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31