DİN polislərin düşdüyü qəza ilə bağlı məlumat yaydı
DİN polislərin düşdüyü qəza ilə bağlı məlumat yaydı
30 Yanvar 2020 15:51 SosialDaxili İşlər Nazirliyi Saatlı rayonunda polis maşının qəzaya düşməsi barədə məlumat yayıb. "Olaylar" xəbər verir ki, yanvarın 29-da saat 23 radələrində Saatlı şəhəri M.F.Axundov küçəsində Bakı şəhər sakini Cavid Bağırov idarə etdiyi "Jeep-Wrangler" markalı avtomobili qarşıda gedən Saatlı RPŞ-yə məxsus xidməti "Fiat-Doblo" markalı avtomobilə arxadan vurub. Nəticədə xidməti avtomobildə olan 4 nəfər polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri ilə DİN-in A.Heydərov adına hospitalına yerləşdiriliblər. Araşdırmalar zamanı "Jeep-Wrangler"in sürücüsünün sərxoş halda olması müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31