"Varlığın və yoxluğun önəmsizdir"- Afaq Aslandan Nazilə Səfərliyə ağır sözlər

"Varlığın və yoxluğun önəmsizdir"-Afaq Aslandan Nazilə Səfərliyə ağır sözlər

Məşhur müğənni Afaq Aslan yenə də qalmaqallı açıqlamaları ilə gündəmə gəlib.
Müğənnidən instagramda qara siyahıya atdığı üç məşhurun adın çəkməsini istəyiblər.
Afaq Aslan bildirib ki, qara siyahıya atdığı Aytac Vidadiqızı, Ayan Babakişiyeva və Nazilə Səfərlidir. Səbəbin soruşduqda isə, Afaq bu barədə açıqlama verib:

"Mən heç kimə dəyib-dolaşan insan deyiləm. Kimsə gəlib mənə quyruğumu basır, danışdırır sonra da qalmaqal yaranır. Ona görə bir balaca quyruğumu basan insanı atıram qara siyahıya. Bununla da bildirirəm ki, sənin varlığınla yoxluğun mənim üçün önəmsizdir".

big.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31