Fədayə Laçına BRİLLİANT DƏST bağışlayıblar - Xalq artisti görüb
Fədayə Laçına BRİLLİANT DƏST bağışlayıblar - Xalq artisti görüb
30 Yanvar 2020 12:54 SosialXalq artisti Aftandil İsrafilov "Hər şey daxil"də Fədayə Laçınla bağlı bir xatirəsini bölüşüb.
Qarmon ustası Fədayənin gəncliyində qatıldıqları tədbirlərin birində verilən hədiyyədən söz açıb.
Aftandil İsrafilov bu hadisənin Dərbənddə baş verdiyini bildirib:
"Fədayə xanım sənətə yeni gəlmişdi, uşaq idi hələ. Dərbənddə bir dostumun məclisində iştirak etməyə Fədayə Laçın da dəvət olunmuşdu. Orada ona brilliantdan üzük, sırğa, qolbaq bağışladılar".
Fədayə Laçın həmin məclisdə qarmon ustasına da bahalı hədiyyələr edildiyini bildirib:
"Orada Aftandil müəllimi də hədiyyəsiz qoymadılar ha. Aftandil müəllimə də çox gözəl hədiyyələr verdilər".
Milli.Az


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31