Ünvanlı dövlət sosial yardımının təyinatında yenilik

Ünvanlı dövlət sosial yardımının təyinatında yenilik

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımının təyinatında ünvanlılıq prinsipinin daha dolğun şəkildə təmin edilməsi və sosial yardım proqramının aztəminatlı ailələrə əlçatanlığının artırılması üçün qanunvericilikdə təkmilləşdirmə işləri davam etdirilir. Nazirlikdən "Olaylar"a verilən xəbərə görə, bu məqsədlə "Ünvanlı dövlət sosial yardımı haqqında" Qanunda və  "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nda dəyişikliklər layihələri hazırlanıb. Yeni layihədə bu məhdudiyyət aradan qaldırılmaqla, ailənin götürdüyü kreditin onun gəliri kimi nəzərə alınmaması, ümumən götürülən kreditin ailənin sosial yardım hüququna maneə yaratmaması əksini tapır. Ünvanlı yardım üçün müraciət  zamanı qeyd edilməsi tələb olunan məlumatların sayı da azaldılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31