84 vəkilliyə namizəd icbari təlimə buraxılıb
84 vəkilliyə namizəd icbari təlimə buraxılıb
30 Yanvar 2020 11:58 SosialVəkilliyə qəbul üzrə ixtisas imtahanının yazılı test mərhələsini müvəffəqiyyətlə keçmiş və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin birinci hissəsinə uyğun olaraq əvvəllər vəkil (intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla) və ya hakim olmuş şəxslərdən 103 vəkilliyə namizədin peşə yararlılığının yoxlanılması məqsədilə t ixtisas imtahanının şifahi müsahibə mərhələləri keçirilib. Vəkillərin ixtisas Komissiyasından "Olaylar"a bildirilib ki, Komissiyanın peşə yararlılığına dair rəyini almış 84 nəfər vəkilliyə namizəd icbari təlimə buraxılıb. İcbari təlimdə namizədlərin vəkil peşəsinə hazırlanmaları təmin ediləcək, onlara vəkillik fəaliyyətinin səmərəli təşkili, vəkil etikası, insan haqları və digər aktual məsələlərə dair mövzular peşəkar ekspertlərin iştirakı ilə tədris olunacaqdır. Həmçinin, namizədlər müxtəlif aidiyyəti qurumlarda təcrübə də keçəcəklər.