İşə qəbul üçün müraciət edənlərin sayı açıqlandı

İşə qəbul üçün müraciət edənlərin sayı açıqlandı

Ümumilikdə 8 dövlət orqanında 26 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 13-də elan olunmuş ümumi müsahibəyə ərizə qəbulu davam edir.DİM-dən "Olaylar"a verilən məlumata görə, yanvarın 29-u saat 13:25-ə olan göstəricilərə görə, ümumi müsahibədə iştirak etmək üçün 95 nəfər ərizə verib. Ən çox müraciət Ekologiya və Təbii Sərvətlər Nazirliyində (39 nəfər) və Energetika Nazirliyində (22 nəfər) qeydə alınıb. Qeyd edək ki, ərizə qəbulu fevralın 3-də yekunlaşacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31