“Fırıldaqçı, pis, terrorçu…” – Ruhanidən Trampa

“Fırıldaqçı, pis, terrorçu…” – Ruhanidən Trampa

İran Prezidenti Həsən Ruhani Donald Tramp hökumətini "ABŞ tarixinin ən pisi" adlandırıb.

İran lideri ABŞ-ın hazırkı hökumətinin öz xalqına problem yaratdığını deyib.

"Terrorizmə dəstək verən və fırıldaqçılıqla məşğul olan bir hökumətin ABŞ-da hakimiyyətə gələcəyini, ABŞ tarixindəki bütün digər hökumətlərdən daha pis olacağını və dünyaya, müttəfiqlərinə, dostlarına və hətta öz xalqına problem yaradacağını düşünmədilər", - Ruhani vurğulayıb.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31