Avtomobildən oğurluq edən ələ keçib

Avtomobildən oğurluq edən ələ keçib

Gəncənin Nizami rayonu ərazisində avtomobildən pul və sənəd oğurlamaqda şübhəli bilinən şəxs  saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 7-də rayon ərazisində "Ford" markalı avtomobildən 120 ABŞ dolları, 100 manat, 2000 rubl və sənəd oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini E.Qurbanov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31