Nardaran sakinindən silah götürülüb
Nardaran sakinindən silah götürülüb
28 Yanvar 2020 14:12 SosialNardaranda maşından silah tapılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Əlahiddə Çevik Polis Alayı və Daxili Qoşunlar Baş İdarəsinin əməkdaşları tərəfindən Nardaran qəsəbəsi ərazisində Bakı şəhər sakini R.Əliyevin idarə etdiyi "Daewoo" markalı avtomobilə baxış zamanı oradan "Cometa-100" markalı pnevmatik tüfəng aşkar edilərək götürülüb. Silah 42-ci Polis Bölməsinə təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31