3 həyətdən su sayğacı oğurlayanlar tutulublar
3 həyətdən su sayğacı oğurlayanlar tutulublar
28 Yanvar 2020 14:08 SosialQaradağ rayonu ərazisindəki 3 həyətyanı sahədə quraşdırılmış su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. DİN-dən "Olaylar"a verilən məlumata görə, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 10-dan 13-dək olan müddətdə rayon ərazisindəki 3 həyətyanı sahədə quraşdırılmış su sayğaclarını oğurlamaqda şübhəli bilinən Lökbatan qəsəbə sakinləri T.Rəhimli və E.Hüseynov saxlanılıblar. Ətraflarında aparılmış tədbirlərlə onların rayon ərazisində daha 3 kanalizasiya quyularının, habelə Lökbatan qəsəbəsinin ərazisində su və kanalizasiya idarəsinə və Bakı Telefon MMC-yə məxsus quyuların qapaqlarını oğurlamaları da müəyyən edilib.