Bakıda gender zorakılığı ilə bağlı tədbir keçirilib

Bakıda gender zorakılığı ilə bağlı tədbir keçirilib

Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə "Gender zorakılığı - cəmiyyətimizin faciəsi" adlı layihə çərçivəsində növbəti tədbir keçirilib. "Olaylar" xəbər verir ki, tədbirdə Ombudsman Aparatının nümayəndəsi Lamiyə Zeynalova tədbirdə çıxış edərək, qadın və uşaq hüquqlarının müdafiəsi, zorakılıqla mübarizə, gender bərabərliyinin təmin olunması məsələlərinə Müvəkkil tərəfindən daim diqqət yetirildiyini vurğulayıb. Bununla yanaşı, məişət zorakılığı, erkən evlilik və təhsildən yayınma kimi mənfi halların qarşısının alınması sahəsində maarifləndirmə ilə bağlı Ombudsmanın çoxşaxəli fəaliyyəti, həmçinin uşaq hüquqlarının pozulması halları ilə bağlı 24 saat ərzində xidmət göstərən 916 nömrəli qaynar xətt barədə ətraflı məlumat verilib. Ombudsman Aparatının uşaq hüquqları ilə bağlı nəşrləri məktəbə təqdim edilib. Tədbirdə məktəblilərin gender əsaslı zorakılıq mövzusuna həsr olunmuş rəsm əsərləri və səhnəciklər nümayiş etdirilib.  Sonda  bəhs olunan layihənin həyata keçirilməsində fəal iştirak edən məktəblilər Sabunçu Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olunublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31