"Mən məzuniyyətə çıxıram, xahiş edirəm darıxmayın"
"Mən məzuniyyətə çıxıram, xahiş edirəm darıxmayın"
28 Yanvar 2020 13:36 SosialTanınmış aktrisa Çimnaz Sultanova gözlənilməz addım atıb.
Olaylar.az baku.ws-ə istinadən bildirir ki, aktrisa fəaliyyətində qəfil fasilə vermək qərarına gəlib.
Çimnaz Sultanova sosial şəbəkədə bu barədə paylaşım edib və bunları yazıb:
"Mən məzuniyyətə çıxıram. Efirlərə, verilişlərə, tədbirlərə, toylara, məşqlərə, çəkilişlərə və "Instagram"a STOP. Xahiş edirəm darıxmayın, inciməyin, küsməyin... Həyatımda ciddi dəyişiklər baş verir. Mənim fasiləyə ehtiyacım var.
Ümüd edirəm ki, siz məni başa düşərsiz... Sizləri səmimi qəlbdən sevirəm və bilirəm ki, bizim sevgimiz qarşılıqdır. Öpürəm sizləri".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31