Azərbaycanda koronavirusla bağlı XÜSUSİ PALATALAR AYRILDI
28 Yanvar 2020 13:03 SosialAzərbaycanda yeni koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda xüsusi palatalar ayrılıb.
Tibb müəssisəsində sanitariya-gigiyena, əksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işi gücləndirilib, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palatalar ayrılıb.
İnstitutda 8 palata ayrılıb. Hazırda həmin palataların 5-də ikitərəfli pnevmaniyadan müalicə alan xəstə yatır.
Xatırladaq ki, Səhiyyə naziri Oqtay Şirəliyev "Yeni 2019-nCoV koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" əmr imzalayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31