Ali Məhkəmənin Cinayət kollegiyasının sədri vətəndaşları qəbul edib
Ali Məhkəmənin Cinayət kollegiyasının sədri vətəndaşları qəbul edib
27 Yanvar 2020 15:08 SosialBölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq yanvarın 24-də Ali Məhkəmənin Cinayət kollegiyasının sədri Şahin Yusifov Oğuz Rayon Məhkəməsinin inzibati binasında vətəndaşların qəbulunu keçirib."Olaylar"ın məlumatına görə, qəbuldan öncə ümummilli lider Heydər Əliyevin Oğuz şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib. Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapıb. Bəzi müraciətlər üzrə isə Ali Məhkəmənin aparatının qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Müraciətlərin əksəriyyəti məhkəmələrin fəaliyyəti ilə bağlı olub. Vətəndaşlar onların əlverişli şəraitdə qəbulundan və müraciətlərinə həssaslıqla yanaşılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.