Deputatlığa namizəd Süleyman İsmayılbəyli Yevlax kəndlərinin problemini üzə çıxartdı- İÇMƏLİ SU YOXDUR
27 Yanvar 2020 13:31 Sosial48 saylı Yevlax seçki dairəsindən namizədliyini irəli sürmüş Süleyman İsmayılbəyli saytımıza bildirib:" Yevlaxın müxtəlif kəndlərində keçirdiyimiz görüşlərdən gəldiyim qənaət bundan ibarətdir ki, kəndlərdə mövcud olan ən ciddi problemlərdən biri içməli suyla bağlıdır. Baxmayaraq ki, Kür çayı Yevlax ərazisindən keçir, buna rəğmən rayonun kəndlərində əkin sahələrinin suvarılmasında da problemlər var. Təsəvvür edin, Yuxarı Qarxun kəndində quraşdırılmış bir ədəd artezian quyusundan içməli su doldurmaq, yaxud xanımlar paltarlarını növbəli prinsiplə yuyurlar. Yol infrastrukturunda da problemlər mövcuddur və sakinlər kənd yollarının tezliklə abadlaşdırılacağına ümid bəsləyirlər."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31