Qardaşının maşınını qaçıran ələ keçib

Qardaşının maşınını qaçıran ələ keçib

Avtomobil qaçırmaqda şübhəli bilinən Sabunçu qəsəbə sakini saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Sabunçu RPİ-yə müraciət edən Sabunçu qəsəbə sakini S.Quliyev yanvarın 13-də qəsəbə ərazisindən "Zil" markalı yük avtomobilinin qaçırıldığını bildirmişdir. DİN-in Təhlükəsiz Şəhər Xidməti və 12-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən S.Quliyevin qardaşı, Beyləqan rayon sakini Ç.Quliyev saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31