“Mercedes” piyadanı vurub öldürdü

“Mercedes” piyadanı vurub öldürdü

Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, yanvarın 23-də saat 19 radələrində Xətai rayonunun G.Mehmandarov küçəsində Masallı rayon sakini Y.Qasımov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən paytaxt sakini İbadət Mahmudovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. Xətai RPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31