Gəncədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair müşavirə keçirilib
Gəncədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair müşavirə keçirilib
24 Yanvar 2020 15:41 SosialGəncədə parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) tərəfindən seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda regional seminar-müşavirə keçirilib. "Olaylar" xəbər verir ki, müşavirədə Mərkəzi Seçki Komissiyasının üzvləri Fuad Cavadov, Qabil Orucov, Ali Məhkəmənin hakimi İlqar Hüseynov, Gəncə Apellyasiya Məhkəməsinin sədri Tapdıq Mahmudov, hakimi Teyyub Muxtarov və region üzrə dairə seçki komissiyalarının sədrləri iştirak edib.Müvafiq məhkəmə orqanları, dairə sədrlərinin iştirakı ilə keçirilən seminar-müşavirə seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli ilə bağlı dairə seçki komissiyalarının məlumatının artırılması, bu istiqamətdə görülən işlərin effektivliyinin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunmasına hədəflənib.
Açılış nitqlərindən sonra seminar-müşavirədə Mərkəzi Seçki Komissiyası, Ali Məhkəmə və Gəncə Apellyasiya Məhkəməsinin təmsilçilərinin "Vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onların araşdırılması qaydası", "Seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi" və "Məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat" mövzularında təqdimatları keçirilib.