Cəzaçəkmə müəssisələrində idman yarışları keçirilib

Cəzaçəkmə müəssisələrində idman yarışları keçirilib

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidməti ilə Bakı şəhər Gənclər və İdman Baş idarəsi arasında təsdiq edilmiş 2020-cü il üçün birgə tədbirlər planına əsasən Xidmətin tabe qurumlarında cəza çəkən şəxslərin asudə vaxtlarının səmərəli keçirilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi və reabilitasiya prosesinin təkmilləşdirilməsi məqsədilə müxtəlif səpkili idman tədbirləri davam etdirilir. Növbəti belə tədbirlər 2 və 9 saylı cəzaçəkmə müəssisələrində həyata keçirilib. Təşkil edilmiş dama yarışlarında qalib gəlmiş məhkumlar mükafatlandırılıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31