Daha 2 rayonda mənzillərin səyyar qeydiyyatı kampaniyası keçiriləcək

Mənzillərin səyyar dövlət qeydiyyatına alınması 27-31 yanvar tarixlərində Nizami və Xətai rayonlarında təşkil ediləcək.

Mənzillərin səyyar dövlət qeydiyyatına alınması 27-31 yanvar tarixlərində Nizami və Xətai rayonlarında təşkil ediləcək. Həftə ərzində "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol" kampaniyası istismarına icazə verilmiş çoxmərtəbəli binalar üzrə 1032 mənzili əhatə edəcək. Əmlak Məsələləri Dövlət Komitəsindən "Olaylar"a bildirilib ki, Nizami rayonunda səyyar qeydiyyat 27 yanvarda B.Nuriyev küçəsi, 2383-2387-ci məhəllə, 28 yanvarda  E.Süleymanov küçəsi, 2383-cü məhəllə ünvanlarında keçiriləcək. Xətai rayonu üzrə mənzillərin mobil qeydiyyatı 29 yanvarda "Ağ Şəhər", 1-ci Yaşıl Ada küçəsi, 7, yanvarın 30-da General Şıxlinski küçəsi, 42a, 31 yanvarda isə Ə.Quliyev küçəsi, 1131-ci məhəllə ünvanlarında aparılacaq. Xidmətdən istifadə üçün mənzil sahibləri mobil qeydiyyat ofisinə yaxınlaşaraq şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışı kimi ilkin sənədləri təqdim etməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31