Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının nümayəndə heyəti Bakıda
Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının nümayəndə heyəti Bakıda
24 Yanvar 2020 12:11 SosialAzərbaycan Dillər Universitetinin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Azərbaycanda işgüzar səfərdə olan M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının nümayəndə heyəti ilə görüşüb.
Olaylar.az bildirir ki, rektor Kamal Abdulla qonaqları universitetdə görməkdən məmnun olduğunu söyləyib, ADU-nun respublikada müxtəlif ölkələrin dil və mədəniyyətlərini tədris edən özünəməxsus universitet olduğunu deyib. Universitetdə tədris olunan dillər haqqında danışan rektor ali təhsil ocağına əməkdaşlıq etdiyi ölkələrdən tələbə və müəllimlərin gəldiyini qeyd edib. Kitabxananın beynəlxalq məsələlər üzrə direktoru Svetlana Qoroxova səmimi qəbula görə təşəkkürünü bildirib. O, kitabxananın fəaliyyəti haqqında məlumat verib. S.Qoroxova əməkdaşlıqda maraqlı olduqlarını, eyni zamanda qarışılıqlı əməkdaşlığın onların kitabxanasında mövcud olan Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətinə müsbət təsir göstərəcəyini qeyd edib. Qonaq Kamal Abdullanı kitabxanada multikulturalizm və qarışılıqlı münasibətlərə həsr olunan mühazirələrlə çıxış etməyə dəvət edib.
Görüşdə gələcək əməkdaşlıq perspektivləri, birgə keçiriləcək layihələr, mübadilə proqramları haqqında müzakirələr aparılıb.
Akademik Kamal Abdulla "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında" kitabını kitabxanaya hədiyyə edib.