Gəncə şəhərində TOPs layihəsi çərçivəsində açıq dərs keçirilib

Gəncə şəhərində TOPs layihəsi çərçivəsində açıq dərs keçirilib

"TOPs - fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması" proqramının 6-cı mövsümü çərçivəsində Gəncə şəhərində yerləşən iki orta ümumtəhsil məktəblərində "Açıq dərs"lər keçirilib. "Açıq dərs"lərdə Gəncə şəhər 1 №, 18 №, 34 № və 39 №  məktəblərində təşkil olunmuşdur.

Olaylar.az bildirir ki, açıq dərslərin təşkil olunmasında məqsəd müasir təlim üsullarının tətbiq edilməsi ilə şagirdlərin həm fiziki, həm də liderlik bacarıqlarının inkişaf etdirilməsidir.

Proqram Təhsil Nazirliyi, "British Council" Azərbaycan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və "İnkişaf Naminə İdman" İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilir.

Proqramın məqsədi fiziki tərbiyə müəllimlərinin nəzəri bilikləri və praktiki peşə bacarıqlarını TOPs metodikası vasitəsilə zənginləşdirməklə daha maraqlı və rəngarəng tədris prosesi təşkil etməkdir. Bunun nəticəsi olaraq, ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin hərəki bacarıqlarını inkişaf etdirən əlverişli mühitin yaradılmasına və onların təhsil aldıqları müddətdə fiziki-psixoloji sağlamlığının qorunmasına nail olmaqdan ibarətdir.

2019-2020 tədris ilində TOPs proqramının ölkənin bütün ərazisində tətbiq olunması qərara alınmışdır. Bunun üçün təlimlərin keçirilməsi prosesi bölgələr üzrə davam etdirilir.

Qeyd edək ki, Azərbaycanda proqramın tətbiqinə pilot layihə kimi 2014-cü ildən başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31