Universitetdə Çin Yeni ili qeyd olunub
Universitetdə Çin Yeni ili qeyd olunub
23 Yanvar 2020 16:25 SosialAzərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda institutun əməkdaşları və tələbələrinin iştirakı ilə Çin Bahar bayramı münasibəti ilə təşkil olunmuş "Çin Yeni ili ADU-da" adlı tədbir keçirilib. Olaylar.az bildirir ki, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çinin milli adət-ənənələrinin dünya irsinin əsas elementi kimi qorunduğunu qeyd edərək, ADU və Çin universitetləri arasında tələbə və müəllim mübadiləsinin genişliyi və iki ölkə arasında həm siyasi, həm də iqtisadi əməkdaşlıq sahəsində seminarların, elmi tədqiqatların uğurla davam etdirilməsindən bəhs edib
Tədbirdə çıxış edən Çinin ölkəmizdəki səfirliyinin hərbi atteşesi cənab Can və ADU-nun Tədris İşləri üzrə prorektoru Sevinc Zeynalova Konfutsi İnstitutunun aktiv fəaliyyətindən qürurla danışaraq, Konfutsi İnstitutu timsalında Çin xalqını Yeni il münasibəti ilə ürəkdən təbrik ediblər.
Tədbir ADU və Konfutsi İnstitutu tələbələrinin rəngarəng çıxışları ilə davam edib. Proqramda ənənəvi və müasir Çin mahnı və rəqsləri, Çin döyüş sənəti, milli alətlərlərin müşayəti ilə xalq musiqiləri, Pekin operası, Çin ənənəvi xalq oyunları və maraqlı müsabiqələr yer alıb.