10 nəfər əcnəbi qaçqına "Yol sənədi" verilib
10 nəfər əcnəbi qaçqına "Yol sənədi" verilib
23 Yanvar 2020 13:19 SosialYanvarın 13-də Dövlət Miqrasiya Xidməti Azərbaycanda qaçqın statusu alan şəxslərə "Yol sənədi" təqdim edib. "Olaylar" xəbər verir ki, təqdimat zamanı Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib ki, həmin yol vərəqi ilə ölkədə yaşayan qaçqınlar xarici ölkələrə səfər edə biləcəklər: "Ölkəyə gələn əcnəbilərin sayında ötən illə müqayisədə 11,4 min artım olub. Ümumilikdə il ərzində ölkəyə 3 milyon 170 min əcnəbi gəlib. Azərbaycanda qaçqın statusu alan vətəndaşlar bu vaxta qədər ölkədən kənara çıxmağa çətinlik çəkirdilər. Artıq bu sənədi alandan sonra həmin qaçqınlar istənilən ölkəyə gedə biləcəklər. "Yol sənədi"nin etibarlılıq müddəti 5 ildir. Əgər 5 il müddətində həmin qaçqın Azərbaycanda qalmaqda davam etsə, müraciət edib növbəti dəfə yol sənədi ala bilər. Bu gün 10 nəfərə "Yol sənədi" təqdim edəcəyik. Amma ardıcıl olaraq digər qaçqınlara da həmin sənədlər veriləcək".