83 əcnəbiyə qaçqın statusu verilib

83 əcnəbiyə qaçqın statusu verilib

Azərbaycanda qaçqın statusu alan 83 nəfər əcnəbi var."Olaylar" xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib. V.Hüseynov əlavə edib ki, Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş mandat əsasında yaşayan şəxslər də var: "Onların sayı hazırda 2 min 101 nəfərdir. Azərbaycanda qaçqın statusu alan müxtəlif ölkə vətəndaşları olsa da, Əfqanıstan vətəndaşları çoxluq təşkil edir. Qaçqınlar arasında İran, Suriya, Rusiya və Misir vətəndaşları da var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31