Qazaxıstan sərhədçiləri 4 azərbaycanlını saxladı
Qazaxıstan sərhədçiləri 4 azərbaycanlını saxladı
22 Yanvar 2020 14:55 SosialQazaxıstan Sərhəd Xidməti ötən gün axşam Xəzərdə dəniz sərhədini pozan 4 Azərbaycan vətəndaşını saxlayıb.
Olaylar.az xəbər verir ki, "Sərbaz" sərhədçi gəmisi tərəfindən aşkarlanan kiçik gəmi göndərilən sorğulara cavab verməyərək qaçmağa cəhd göstərsə də, təqib edilərək saxlanılıb.
Saxlanılan şəxslər barəsində dövlət sərhədini qəsdən qanunsuz olaraq keçmək maddəsi ilə istintaqa başlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31